|
Səudiyyə Ərəbistanı (المملكة العربية السعودية Al-Mamlakah al-'Arabiyah as-Sa'udiyah), Asiya qitəsində bir dövlət. Son siyahıya almaya əsasən ölkənin əhalisi 16,948,388 nəfərdir[1] .
Dini vəziyyət
Səudiyyə Ərəbistanı əhalisinin böyük əksəriyyətini müsəlmanlar (99%) təşkil edir. Ölkənin müxtəlif yerlərində fərqli formalarda özünü göstərir. Bütün müsəlmanların 9/10 sünnüdürlər. Dövlətin mərkəzi hissəsində – Necdədə əhalinin demək ola ki, hamısı hənbəlilər-vahhabilərdir (onlara ölkənin bütün sünnü əhalisinin yarıdan çoxu aiddir). Qərbdə, Hicazda sünnülüyün şafii məzhəbi geniş yayılıb. Həmçinin, hənəfilik və malikilərə, həbəli-sələfilərə, hənbəli-vahhabilərə də rast gəlinir. Bundan başqa, Hicazda az sayda şiə-imamlar və zeydilər yaşayır. cənub-Şərqdə, asirdə əhalinin əksəriyyəti sünnülüyün şafii məzhəbinə etiqad edirlər. Sünnülər (hənbəlilər, malikilər) Şərq əyalətlərində (Əl-Hasa) məskunlaşıblar. Lakin bu əyalətdə şiələrəin böyük qrupu (təxminən əhalinin üçdə biri) da yaşayır. Səudiyyə Ərəbistanı şiələri arasında digər ölkələrdən gələnlər (faslar, yəmənlilər, pakistanlılar, hindistanlılar) üstünlük təşkil edir. Səudiyyə Ərəbistanında qeyri-müsəlmanlar azdır. ciddə şəhərində kiçik qruplar şəklində iudaistlər, pravoslavlar (yunanlar), protestantlar (amerikanlar və ingilislər) və katoliklər (italyanlar və başqaları, ümumilikdə 13 min qeyri-müsəlman) yaşayırlar.
Qaynaq
- ↑ http://www.cdsi.gov.sa/showproductstandard.aspx?lid=26&pid=1678
Questions for article: səudiyyə Ərəbistanı
|